Sosial şəbəkələrdə qətllərlə bağlı çox faktlar var. Hətta azyaşlılara da xəsarət yetirilir. Burada məcburi evlilik, arada olan çox yaş fərqi əsas faktorlardır. Biz baş verən cinayətdə yaş fərqi, arada sevgi olub-olmamasından da önəmlisi xanımın və bəyin ailə qurduğu yaşa baxmalıyıq. Mentalitet baxımından düşünürük ki, uğursuz ailələr sadəcə boşanan ailələrdir. Əslində boşanma olmasa da çox sayda uğursuz ailələr var. Bu cür münasibətlərin sonu qətllə bitməsə belə, hər gün psixoloji, fiziki zorakılığa çevrilir. Maddi-mənəvi seksual zorakılığın olduğu ailələr həddən artıq çoxdur. Xəyanətin olduğu ailələr də çoxdur. Ancaq nədənsə biz sadəcə boşanan ailələri uğursuz hesab edirik.Bu kimi qətllər aysberqin görünən tərəfidir. Burada ən böyük məsuliyyət valideynlərin üzərinə düşür.
"Cəmiyyətimiz ailə quran hər bir qadını xoşbəxt hesab edir"
Bu sözləri Demokrat.az-a psixoloq Fidan Canbabazadə deyib.
"Valideynlər qızlarını çox erkən yaşda ailə qurmağa vadar edir. .Cəmiyyətimiz ailə quran hər bir qadını xoşbəxt hesab edir. Ailə qurmayan hər qadın isə bədbəxt hesab olunur. Bəzən yaşı çox olan xanımlar ətrafdakı təzyiqlərə dözməyib, ailə qurur. Bir çox hallarda isə sonu zorakılıqda, qətllə bitir.Burada əsas məsələ ailə modelinə baxılmasıdır. Yaşı çox olan xanımlar sırf basqılardan qurtulmaq üçün erkən yaşda olanlar isə ailəsi tərəfindən məcburən evləndirilir. 20 yaşlı xanımla 25-26 yaşlı xanım arasında düşüncə tərzi çox fərqli olur. İstəklərimiz dəyişir. Biz həyatımızı 20 yaşından sonra dərk edir, həqiqətləri görürük. Erkən yaşlarda xarakter oturuşmur, nə istədiyini bilmir. 25 yaşından sonra insanlar həyatdan nələr istədiklərini daha yaxşı bilirlər. 20 yaşında da istəyərək ailə həyatı qura bilərik. Ancaq, sonradan böyük ehtimalla istəklərimiz dəyişəcək. Sevmədiyimiz biri ilə ailə həyatı qurmaq istisna hal olmalıdır. Ancaq o demək deyil ki, biz sevib evlənsək, faciə yaşaya bilmərik. Erkən yaşlarda qız ailə qurmağı seçirsə, yenə də problemlər var deməkdir. Düzgün öyrədilməyən sevgi modellləri-qısqanırsa məni sevir, mənə qarışırsa, sevir kimi düşüncələrdə ola bilər. Bəzən hətta ailəsi ilə görüşülməsinə icazə verilməməsini qızlar sevgi adlandırır. Erkən yaşda bunu anlamaq çətindir. Sevmədiyimiz bir yeməyi yeyən zaman iyrənmək hissi belə yarandığı halda, sevmədiyi adamla bir ömür keçirməyə məcbur olur bəzi xanımlar. Məcburi evlilik bəylərə qarşı da təzyiq vasitəsi ola bilir. Ailələr sadəcə 2 insanı düşünür. Gələcəklərini isə yox"
Mehriban Mirzəzadə
Demokrat.az