Məktəbdə meyiti tapılan gözətçinin ölüm səbəbi məlum oldu — YENİLƏNDİ

KRİMİNAL 14 oktyabr 2024, 16:45
Xəbər verildiyi kimi, Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə ölüm hadisəsi qeydə alınıb. Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb.

Demokrat.az 
xəbər verir ki, Bizim.Media ölüm hadisəsinin təfərrüatlarını öyrənib. 62 yaşlı gözətçi ürək xəstəsi olub.

Hadisə oktyabrın 12-si, təhsil müəssisəsinin qeyri-iş günündə baş verib. Kamal Mahmudov qəfil ürəktutmadan elə oradaca həyatını itirib.

***11:43

Bakıda məktəbdə ölüm hadisəsi baş verib.


Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, insident Səbail rayonu Badamdar qəsəbəsi S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə qeydə alınıb.

Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top