Göyçay rayonunda 1973-cü il təvəllüdlü Tərlan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülnarəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin aprelin 5-də baş verib. Tərlan həmin gün, saat 22 radələrində yaşadığı evdə olarkən arvadı Gülnarə ilə onun Bakı şəhərində olan qızı Səidənin yanına getməyə icazə verməməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bir dəfə qəsdən yumuruqla onu vurub. Nəticəsə o, xəsarət alıb.
Hadisəni törədən Tərlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tərlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailəsi ilə birlikd Göyçay şəhərində yaşayır: “Hadisə günü, saat 22 radələrində yaşadığımız evdə arvadım Gülnarə qızım Səidə ilə danışan zaman ondan ötrü darıxdığını və onun arxası ilə Bakı şəhərinə getmək istədiyini bildirdi. Səidə ilə danışan zaman yoldaşımın çöl tərəfə qaçdığını gördüm. Onun dalıyca qaçdım və qolundan tutdum. Qolundan tutan zaman Gülnarənin başına yumruqla bir dəfə vurdum. Onun başının qanadığını görən kimi onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparmaq istrəsəm də, Gülnarə mənimlə razılaşmayaraq yataq otağına getdi”.
Tərlan qeyd edib ki, növbəti gün Gülnarənin və Sədənin ondan şikayət etdiyini öyrənib. O, törətdiyi əməldən peşman olduğunu bildirib.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Gülnarənin sözlərinə görə, hadisə günü, saat 22 radələrində əri Tərlanla evdə olan zaman Səidə ona zəng edib və onunçün darıxdığını bilditib: “Ona görə də həmin vaxtı Bakı şəhərinə qızımın yanına getmək istədiyimi Tərlana dedim. Tərlan isə icazə vermədi. Tərlana əsəbləşərək otaqdan həyətə çıxdım. Həyətdən çölə çıxmaq istəyən zaman isə Tərlan arxamca gələrək məni tutdu və həmin vaxtı qəfil yumruqla alnımdan vurdu. Həmin anda üzümə qan axdığını gördümvə ağlaya-ağlaya evin altına tərəf getdim. Qaynanam isə səsimə çölə çıxdı. Qaynanam alnımın qan içində olduğunu gördü və üzümü silməyə başladı. Tərlan isə zorla məni həkimə aparmaq istədi. Tərlana əsəbi olduğum üçün otağıma gedərək o vəziyyətdə yatdım. Növbəti gün, saat 9 radələrində qızım Səidə zəng edərək görüntülü danışan zaman üzümün qanlı olduğunu gördü. Bundan sonra isə bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Tərlan baş vermiş hadisəyə görə məndən üzr istəyib. Buna görə də barışmışıq”.
Bu cinayət işinə Göyçay Rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Tərlanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az