Polad Bülbüloğlunun yerinə səfir gedən Rəhman Mustafayev kimdir? — DOSYE

GÜNDƏM 01 oktyabr 2024, 17:56

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Rusiyaya fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

Rəhman Sahib oğlu Mustafayev Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Demokrat.az Lent.az-a istinadla Rəhman Mustafayevin bioqrafiyasını təqdim edir: 

Rəhman Mustafayev 26 sentyabr 1963-cü ildə Bakı şəhərində anadan olub. 

1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb. 

1985–1987-ci illərdə hərbi xidmətdə olub. 

Diplomat 1993–1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib.

1994–1997-cı illərdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi vəzifəsində çalışıb.

O, 1997–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. 

2000–2006-cı illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində müşavir olub.

2006-cı ilin may-noyabr aylarında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub. 2006-cı ilin noyabrından 2009-cu ilədək Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.

Rəhman Mustafayev Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Yunanıstan Respublikasındakı və eyni zamanda Albaniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 2017-2022-ci illərdə Azərbaycan Respublikasının Fransa Respublikasında, 2022-ci ildən bu günə kimi isə Niderland Krallığına fövqəladə və səlahiyyətli səfiri olub.

O, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi idi.

İngilis, fransız, rus və ərəb dillərini bilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 19:44
Top