Bazarda balıq boldur, amma... — Həştərxandan Azərbaycana nə qədər məhsul gəlib?

DÜNYA 01 oktyabr 2024, 12:59
Bazarda balıq bolluğu var, amma qiymətlər yenə bahadır.
 
Qaynarinfo MK.ru-ya istinadən xəbər verir ki, 2024-cü il sentyabrın 20-dən 26-dək Həştərxan vilayətindən Azərbaycana 9,9 ton balıq ixrac edilib. 

Belə ki, "Rosselxoznadzor"un regional idarəsinin əməkdaşları ixrac partiyasının Həştərxan baytarlıq stansiyasında nəzarət və qeydiyyatını həyata keçirdikdən sonra ölkəmizə göndəriblər. 

Laboratoriya tədqiqatları qanun pozuntularının olmadığını təsdiqləyib ki, bu da ixrac olunan malların yüksək keyfiyyət standartlarını göstərir. 

Azərbaycanın özündə də artıq balıq ovuna icazə verildiyi və balıqyetişdirmə müəssisələrinin öz məhsullarını satışa çıxardığını nəzərə alsaq, məntiqlə bazarda bolluq olmalı, qiymətlərdə enmə müşahidə edilməlidir. Lakin balıq və balıq məhsullarının satışında ciddi ucuzlaşma müşahidə edilmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 13:44
Top