İran erməni maşınların ölkəyə girişini asanlaşdırır

DÜNYA 30 sentyabr 2024, 18:00
İran Ermənistana məxsus maşınların ölkəyə girişini asanlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə Zəngəzur vilayət administrasiyası məlumat yayıb.

Bildirilib ki, avqust ayında imzalanmış müqaviləyə əsasən, Ermənistan nömrəli avtomobillərin sahibləri indi yalnız “Carnet de Passage” (nəqliyyat vasitəsinin ölkəyə müvəqqəti girişi üçün tələb olunan beynəlxalq gömrük bəyannaməsi) əldə etməlidirlər.

Bununla bağlı sentyabrın 28-də iki ölkə nümayəndələrinin işgüzar toplantısı keçirilib.

Məlumata görə, Ermənistan sürücülərinin “Carnet de Passage” ala bilmələri üçün Zəngəzurda tezliklə ofis açılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top