Neymar "Santos"a qayıdacaq

İDMAN 01 oktyabr 2024, 00:25

"Əl-Hilal"ın hücumçusu Neymar Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsini yeniləməyəcək.

Oxu.Az "Sport-ekspress"ə istinadən xəbər verir ki, 32 yaşlı braziliyalı 2025-ci ilin yayında azad agent kimi "Santos"a qayıdacaq.

Forvardın "Əl-Hilal"la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. O, 2023-cü ilin yayında PSJ-dən 90 milyon avroya Ər-Riyad klubuna keçib. Braziliyalı zədə səbəbindən klubda cəmi 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Neymar 2013-cü ilə qədər oynadığı "Santos"un yetirməsidir. Braziliya klubunun heyətində 225 matçda 136 qol vuran futbolçu 64 məhsuldar ötürmə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top