Mahir Emrelinin komandası səfərdə məğlub olub

İDMAN 29 sentyabr 2024, 18:31

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası bu gün səfərdə "Hannover"ə uduzub.

Demokrat.az xəbər verir ki, qarşılaşma II Bundesliqanın VII turuna təsadüf edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. Matça start heyətdə başlayan Emreli 75-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Nürnberq" altı oyundan sonra yeddi xalla 14-cü pillədə qərarlaşıb. Meydan sahibləri isə 13 xalla 4-cü sıradadır.(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 sentyabr 2024, 17:55
Top