"Qarabağ" "Sabah"la üz-üzə gələcək

İDMAN 29 sentyabr 2024, 09:23
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunun növbəti oyunları keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu turda “Qarabağ” “Sabah”la üz-üzə gələcək.

“Azersun Arena”dakı qarşılaşma saat 19:00-da start götürəcək.

Günün ilk görüşündə “Turan Tovuz” “Şamaxı”nın qonağı olacaq. Bu qarşılaşma saat 16:00-da başlayacaq. Tovuz təmsilçisi 14 xalla beşinci, bir oyun az keçirən meydan sahibləri 11 xalla altıncıdır.

Azərbaycan Premyer Liqası

VIII tur

29 sentyabr (bazar)


16:00. “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov

19:00. “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov

Qeyd edək ki, turun əvvəl oyunlarında “Araz-Naxçıvan” “Səbail”i 3:2, “Zirə” “Kəpəz”i 3:0 hesabı ilə üstələyib. “Neftçi” – “Sumqayıt” matçında qalib müəyyənləşməyib - 1:1.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top