Alimlərin yeni tədqiqatı arıqlamağa kömək edəcək — ARAŞDIRMA

DÜNYA 30 sentyabr 2024, 20:11
Həddindən artıq yemək vərdişinə beynin elektrik stimullaşdırılması ilə qalib gəlmək olar. 

Demokrat.az skynews-a istinadən xəbər verir ki, qidalanma ilə bağlı yeni araşdırma Britaniyanın “Daily Mail” qəzetində dərc olunub. 

Tədqiqatla müəyyən edilib ki, bu cür müalicə alan insanların iştahı normaya düşüb və çox yemək vərdişləri 6 dəfəyədək azalıb. Onlar həmçinin prosedurun başlanğıcından bəri 4 kiloqrama qədər arıqladıqlarını bildiriblər. Bu o deməkdir ki, beynin elektrik stimulyasiyası arıqlamağa kömək edə bilər.

Cərəyan stimullaşdırılması (tDCS) adlanan beyin stimullaşdırılması texnikası qida üzərində nəzarətin itirilməsinə səbəb ola biləcək davranışları hədəfləyir. Bu terapiya baş dərisinin xüsusi nahiyələrinə, adətən motor qabığı və ya prefrontal korteks üzərində təhlükəsiz, aşağı elektrik cərəyanının məqsədyönlü tətbiqini nəzərdə tutan qeyri-invaziv beyin stimullaşdırılması üsuludur. Bu texnika cərəyan vermək üçün baş dərisinin səthinə yerləşdirilmiş iki və ya daha çox elektroddan istifadə edir. tDCS cərəyanı beyin toxumasından keçir.

London Kral Kollecindəki Psixiatriya, Psixologiya və Neyrologiya İnstitutunun (IoPPN) tədqiqatçısı professor Michaela Flynin sözlərinə görə bu tədqiqat müvafiq sahədə ilkdir, bununla belə effektiv nəticələr əldə etmək mümkündür. 

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top