Netanyahu İran xalqına xəbərdarlıq etdi

DÜNYA 30 sentyabr 2024, 20:02
İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına hakimiyyətin regionu müharibəyə sürüklədiyi barədə xəbərdarlıq edib.

Baş nazir bildirib ki, İranda xalq hökumətin onlara laqeyd yanaşmasından xəbərdardır.

Onun sözlərinə görə, hər iki xalq arasında dostluq yalnız İranda hakimiyyət dəyişikliyindən sonra mümkün olacaq:

“İranla İsrail arasında sülh bu ölkənin beş kontinentdə qurduğu terror şəbəkəsi çökdürüləndən sonra əldə olunacaq. Həmin vaxtdan ölkələrimiz qlobal investisiyalar, turizm, texnoloji innovasiya və digər sahələrdə əməkdaşlıq edəcək, İranın Qumdan İsfahana, Şirazdan Təbrizədək inkişafı təmin olunacaq. İranda hakimiyyət dəyişdikdən sonra on milyonlarla insanın xoşbəxt gələcəyi təmin olunacaq. İran xalqı bilsin ki, İsrail dövləti və xalqı daim onların yanındadır”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top