Mahir və komanda yoldaşları arasında nə baş verib?

İDMAN 28 sentyabr 2024, 21:36
Millimizin hücumçusu Mahir Emreli "Nürnberq"də komanda yoldaşları Yannik Hofmann və Finn Elç ilə yaşadığı gərginlikdən sonra sosial şəbəkədə hər iki futbolçu ilə səmimi fotolar paylaşmışdı.

Məsələni aydınlaşdırmaq üçün Mahir Emreli ilə əlaqə saxladıq. Offsideplus.az-a açıqlamasında bu xəbərləri təkzib edərək bildirib:

"Alman mətbuatı yalan xəbər yayır. Heç bir mübahisə olmayıb, bunlar sadəcə söhbətlərdir. Belə yalan xəbərləri yazırlar ki, komanda ruhuna təsir etsin, amma bu olmayacaq. Bizim məşqdə heç vaxt dava olmayıb. Uşaqlar məndən 3 yaş balacadır. Belə bir hal ümumiyyətlə ola bilməz. Bizim mətbuat yazana kimi belə şeydən xəbərimiz yox idi. Sonra mən soruşdum ki, belə bir şey yazıblar, hamımız gülməyə başladıq."

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 22:21
Top