İtaliyalı məşhur futbolçu Bolqarıstan klubu ilə anlaşdı

İDMAN 27 sentyabr 2024, 16:45
İtaliya millisinin sabiq forvardı Mario Balotelli Bolqarıstanda oynaya bilər. 

Demokrat.az
“topsport.bg” portalına istinadən xəbər verir ki, təcrübəli hücumçu ÇSKA(Sofiya) klubu ilə anlaşmaq üzrədir.
 
Hazırda azad agent statusunda olan 34 yaşlı futbolçu Sofiyaya yollanıb. Balotelli əvvəllər “İnter”, “Milan”, “Breşiya”, “Montsa”, “Mançester Siti”, “Liverpul”, “Nitsa”, “Marsel” və “Sion” klublarında oynayıb.


Ötən yay o, Türkiyə klubundan ayrıldıqdan sonra azad agentdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top