Kolumbiya Liqasında dəhşətli hadisə — VİDEO

İDMAN 28 sentyabr 2024, 15:08

Kolumbiya Liqasında "Atletiko Nasional" və "Cunior de Barrankilya" arasında Medelyin şəhərindəki "Atanasio Xirardot" stadionunda azarkeşlərin davası zamanı baş verən zorakılıq nəticəsində azı 21 nəfər yaralanıb.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı ilkin hesabatda Medelyin rəsmisi Manuel Vilya Meneya qeyd edib ki, bir polis məmuru və 20 azarkeş yaralanıb.

Medelyinin "yaşıl-ağ" komandasının ikinci qolundan sonra toqquşmalar başlayıb, buna görə də orada olanlar arasında bir neçə dəqiqəlik çaxnaşmadan sonra polis vəziyyətə nəzarət etmək üçün müdaxilə edib. Azarkeşlərdən bəziləri bıçaqlanıb, biri isə digərini tribunadan atıb.

Çaxnaşmadan sonra matç dayandırılıb və yaralılar təcili olaraq xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, "Atletiko Nasional" və "Cunior de Barrankilya" arasında keçirilən görüş təxirə salınıb, yenidən keçiriləcəyi zaman isə bəlli deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top