İkardinin keçmiş arvadından yeni qalmaqal

İDMAN 28 sentyabr 2024, 17:20
"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin keçmiş arvadı Vanda Nara növbəti qalmaqalla gündəmə gəlib.

Demokrat.az yenisabah.az-a istinadən xəbər verir ki, 37 yaşlı modelin sevgilisi ilə səs yazısı yayılıb.

Cütlük bir müddət öncə ayrılıb. Sözügedən səs yazısında Vanda Naranın İkardinin bütün maddi sərvətlərini əlindən alacağından bəhs olunur. kapital bank vakansiya

Xatırladaq ki, Vanda Nara İkardidən öncə argentinalı keçmiş hücumçu Maksi Lopezlə evli olub. Model ərinə Mauro İkardi ilə xəyanət edib. Məhz bu hadisədən sonra 31 yaşlı hücumçu üçün Argentina millisinin qapısı birdəfəlik bağlanıb. Bu hərəkətindən dolayı, başda Lionel Messi olmaqla, bir çox həmyerlisi onu sərt şəkildə qınayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top