COP29 sədri ABŞ-da iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib

COP29 28 sentyabr 2024, 18:49
Bu ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev ABŞ-ın Nyu-York şəhərində iqlimlə bağlı maliyyələşmə məsələlərini müzakirə edib.

Demokrat.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında bildirilir.

Məlumata görə, müzakirələr İqlim Həftəsi çərçivəsində, COP28-in prezidenti və Birləşmiş Ərəb Əmirliklərinin İqlim üzrə Nümayəndəsi Sultan Əhməd Əl Caberin iştirakı ilə baş tutub. Tərəflər COP29-a hazırlıq üzrə yol xəritəsini nəzərdən keçirib.

Görüşdə COP28-in nəticələrinə əsaslanaraq, prioritetlərin uyğunlaşdırılması, iqlim maliyyəsi, dayanıqlıq və davamlılıq məqsədləri üzrə qlobal səviyyədə iddialı iqlim tədbirləri və əhəmiyyətli irəliləyişlərə nail olunması da müzakirə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top