Faciəvi şəkildə ölən Arzu tələbə imiş

HADİSƏ 28 sentyabr 2024, 19:44
Xəbər verdiyimiz kimi, Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb. 2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Demokrat.az 
Qafqazinfo-ya istinadən xəbər verir ki, Arzu Niftalıyeva Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin "Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə IV kurs tələbəsi imiş.

Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top