Azərbaycan gimnastları finala vəsiqə qazanıblar

İDMAN 28 sentyabr 2024, 14:52
Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pesaro şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıblar.

Demokrat.az-ın məlumatına görə, Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütü təsnifat mərhələsində 20.050 xalla ikinci olub.

Yaponiya (20.300) birinci, İtaliya (19.900) üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-da başa çatacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top