“Miss Avropa 2024”ün qalibi o oldu — FOTOLAR

DÜNYA 28 sentyabr 2024, 23:59

Kazanlı model Dinara Salyaxova Bolqarıstanda keçirilən “Miss Avropa 2024” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, müsabiqədə İtaliya, Almaniya, Hollandiya, Portuqaliya, Ukrayna da daxil olmaqla  25 ölkənin nümayəndələri mübarizə aparıblar.

Rusiyadan olan iştirakçı əlavə iki nominasiyada - “Ən yaxşı milli geyim” və “Müsabiqə sponsorunun seçimi” üzrə mükafatlar qazanıb.

Bundan başqa, bu il Dinara “Dünyanın rus xanımı” müsabiqəsinin qalibi olub və bundan sonra Avropa mərhələsinin finalına yüksəlib. O, həmçinin idman bal rəqsləri üzrə Tatarıstan çempionu tituluna malikdir.




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 22:21
Top