Bayden Nəsrullahın öldürülməsini ədalətli hesab edib

DÜNYA 28 sentyabr 2024, 23:15

ABŞ prezidenti Co Bayden “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın İsrailin zərbəsi nəticəsində öldürülməsini haqlı hesab etdiyini bildirib.

Bu haqda ABŞ prezidentinin məsələ ilə bağlı açıqlamasında qeyd olunur.

"Həsən Nəsrullah və onun rəhbərlik etdiyi "Hizbullah" terror qruplaşması yüzlərlə amerikalının qırx illik terror nəticəsində qətlə yetirilməsində cavabdehlik daşıyır. Onun İsrailin hava hücumu zamanı ölümü minlərlə amerikalı, israilli və livanlı mülki vətəndaşlardan olan qurbanlar üçün ədalət ölçüsüdür.", - deyə açıqlamada bildirilir.

Mətndə həmçinin ABŞ-ın İsrailin “Hizbullah”, HƏMAS, husilər və İranın dəstəyi ilə fəaliyyət göstərən hər hansı digər terror qruplarına qarşı özünü müdafiə etmək hüququnu tam dəstəklədiyi bildirilir. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 22:21
Top