Cəlilabadda tragikomik HADİSƏ: Adına başqa 14 avtomobilin cəriməsi gəldi — VİDEO

HADİSƏ 28 sentyabr 2024, 23:30
Cəlilabadlı sürücü tragikomik hadisə ilə üzləşib.

Demokrat.az xəbər verir ki, özünə məxsus olmayan 14 avtomobilin cəriməsi gəlib.

Sürücülük vəsiqəsinə məhdudiyyət qoyulmasını da təsadüfən öyrənib.

Cəlilabadın Təzəkənd kənd sakini Vüqar Nəzərov deyir ki, təsadüfən sürücülük vəsiqəsini yoxlatdıranda öyrənib ki, sürücülük hüququndan məhrum edilib. Cərimələrin çoxluğundan vəsiqəsinə 6 aylıq məhdudiyyət qoyulub.

Vüqar Nəzərovun sözlərinə görə, sonuncu dəfə 10 il əvvəl adında avtomobil olub. 4 ay əvvələ kimi isə Bakıda müxtəlif avtomobillərdə taksi sürücüsü işləyib. Son 4 ayda da yük maşını idarə edib.

Məhdudiyyətə səbəb olan avtomobilləri isə nə idarə edib, nədə ki, görüb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Vüqar Nəzərov həmin avtomobilləri idarə edən sürücülərlə birlikdə quruma müraciət etməlidir. Müraciətdən sonra məhdudiyyət aradan qaldırıla bilər.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 22:21
Top