“Bu cür ödənişlərdə dövlət də itirir, vətəndaş da...” — Mağazaların kart oyunu

SOSİAL 01 oktyabr 2024, 15:10
Azərbaycanda nağdsız əməliyyatların həcmi 1,6 dəfə artıb. Mərkəzi Bankın təqdim etdiyi məlumatda bildirilib ki, banklar və "Azərpoçt” MMC sistemləri üzrə 2024-cü ilin iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil edib. Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5% artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62.7%-ni təşkil edib. Bununla belə bəzi sahibkarlıq subyektləri qeyri-nağd ödənişlərin artmasında maraqlı görünmür. Mağazalarda kartla ödəniş etmək istəyən istehlakçılara kartdan-karta ödəniş etmək təklif olunur.   

Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında bunun qanunsuz olduğunu deyib:

“Bu cür ödənişlərdə dövlət də itirir, vətəndaş da. Kartdan karta ödəniş edildikdə mağaza çek vurmur, alqı-satqını qeyri-rəsmi edir, beləliklə, dövlətə vergi ödəmir. Əgər məhsulda əlavə dəyər vergisi varsa, onun bir hissəsini vətəndaş kartla ödənişlərdə özünə geri qaytara bilər. Kartdan karta ödəniş edildikdə isə çek verilmədiyi üçün əlavə dəyər vergisindən də vətəndaş məhrum olur. Digər tərəfdən çek olmadığı üçün vətəndaş aldığı məhsulu geri qaytara və ya dəyişdirə də bilmir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 17:30
01 oktyabr 2024, 17:13
01 oktyabr 2024, 16:16
Top