Kişi bu səbəbdən arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 01 oktyabr 2024, 16:00
Bakının Xəzər rayonunda 1975-ci il təvəllüdlü Şamil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xuramana (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin iyunun 30-da Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Şamil yaşadıqları evdə arvadı Xuraman ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranıb. Mübahisə zamanı arvadının bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona xəsarət yetirib. 

Hadisəni törədən Şamilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şamil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən 20 il bundan öncə Xuraman ilə ailə həyatı qurub, birgə nikahlarından övladları yoxdur, hazırda eyni ünvanda yaşayırlar, yaşadıqları müddət ərzində dəfələrlə yaşadıqları evdə aralarında münaqişələr olub: “Hadisə günü, saat 16:00-da mənimlə Xuramanın arasında mübahisə baş verdi. Mübahisəyə səbəb işdən qayıtdıqdan sonra yaşadığımız evdə hamama çimmək üçün daxil olmam, lakin həmin vaxt Xuramanın ağacları suvarması olub. Mübahisə zamanı əlim ilə qəsdən vuraraq Xuramana bədən xəsarəti yetirdim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Şamilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 18:26
01 oktyabr 2024, 17:30
01 oktyabr 2024, 17:13
Top