“Bu gün yuxarı tənəffüs yollarında parazitlik edən qripəbənzər xəstəliklər yaradan xeyli viruslar yayılmaqdadır. Bütün baş verən patalogiyanın törədicisi idendifikasiya olunmalıdır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, müvafiq dövlət qurumları və tibb müəssələri əhalini maarifləndirmirlər:
“Onlar mütəmadi olaraq təbliğat xarakterli maarifəndirmə işləri aparmalıdırlar ki, bu gün əhali arasında gəzən soyuqdəymə və intoksikasiya yaradan mikrorqanizm hansıdır. Biz bunları dəqiq bilmirik. Koronavirus pandemiyası bitsə də, virus hələ tam məhv olmayıb. Onun mutasiyaları davam edir və bunlar mütəmadi olaraq müxtəlif əlamətlər yaradırlar. Xaricdə bu cür situasiyalar soyuqdəymə xəstəliyi adı ilə qeyd edilir. Hər bir halda bu tip xəstəliklər mövcuddur. Onlar hər il müşahidə edilir və aktivləşir. Ona görə də insanlar özlərini qorumalı, immun sistemlərini möhkəm saxlamalı, fiziki aktivliyi artırmalıdır. Mövsümi meyvə-tərəvəz daha çox qəbul etməlidir, qorunmalı, xəstə halda işə getməməlidir. Biz bütün bunlara riayət etsək, əlbəttə bu cür xəstəliklərə yoluxma ehtimalımız sıfıra bərabər olar. İnsanlar bunlara dəqiq əməl etsələr, bu problemlər genişlənməz və yaranmaz. Əks təqdirdə onların sayı da artacaq və daha yoluxucu formaları geniş vüsət alacaq”.
Mehriban Mirzəzadə
Demokrat.az