Bakıda dəhşətli qətl: İçki məclisində dostunu öldürdü

KRİMİNAL 30 sentyabr 2024, 19:10
Bakının Səbail rayonunda  1975-ci il təvəllüdlü Ruslan Alyoşkin tanışı, 1972-ci il təvəllüdlü Eldar Qurbanovu qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ruslan 2021-ci il avqustun 30-da, gecə saat 01:00-da tanışı Marat Hımidovun evdə digər tanışı Eldar ilə birlikdə tibbi spirt və spirtli içki qəbul ediblər. 

Daha sonra Eldarın alkoqol sərxoşluğun təsiri altında onu təhqir etməsini özü üçün qəbul olunmaz hal hesab edib, cüzi səbəb kimi bəhanə edib. 

Ruslan Eldarı öldürmək məqsədilə alkoqol sərxoşluğu halında həmin evin həyətyanı sahəsində əvvəlcə yumruqla onun həyat və sağlamlığı üçün əhəmiyyətli olan baş nahiyyəsindən bir neçə dəfə zərbə vurub. Eldarı yerə yıxdıqdan sonra ayaqla baş və bədənin müxtəlif nahiyyələrinə dəfələrlə zərbələr vurub. Eldar aldığı xəsarətlərdən ölüb. 
Hadisəni törədən Ruslanın barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, avqustun 28-də və 29-da axşam saatlarında Eldar və Maratla birlikdə sonuncunun evində oturaraq yeyib içiblər: “Həmin günlərdə üç nəfərə təxminən 10 litr spirt və araq içdik. Avqustun 29-da, axşam saatlarında yeyib içən zaman Eldarın adını xatırlamadığım dostu da evə gəldi. Həmin şəxs bizimlə bir az içib getdi. Həmin vaxt çox içdiyimdən həm hava almaq üçün, həm də Eldarın tanışını yola salmaq üçün sonuncu ilə birlikdə evdən çıxdım. Eldarın tanışını 20-ci sahədə yerləşən parka ötürərək ayrıldım. Daha sonra əlavə olaraq mağazadan 250 qramlıq araq aldım və gecə yəni, avqustun 30-a keçən gecə evə qayıtdım. Evə gələrkən çox içkili olduğumdan özümü idarə edə bilmədim. Evin darvazasından həyətə daxil olduqda həyətdə xatırlamadığım səbəbdən Eldara qarşı nalayiq ifadələr işlətdim, onu təhqir etdim. Eldar da məni eyni qaydada təhqir etdi. Eldarın məni söyməsindən əsəbiləşdim. Onun üzərinə hücum etdim, təxminən 3-4 dəfə yumruqla Eldarın baş nahiyyəsinə, sifətinə vurmağa başladım”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Marat onları ayırmağa çalışıb: “Buna baxmayaraq Eldarı yumruqla baş nahiyyəsinə vurmağa davam etdim. Eldar mənim zərbələrimdən sonra yerə yıxıldı. Yerə yıxılan zaman Eldarın başı bərk yerə dəydi. Bundan sonra təpiklə Eldarın başından bir neçə dəfə zərbə endirdim. Həmin vaxt Eldarın özünü itirdiyini, nəfəsinin kəsildiyini gördüm.  Əvvəllər Eldarda özündən getmə halları olduğundan bu dəfə də fikirləşdim ki, özündən gedib, ayılacaqdır. Lakin, bir neçə dəqiqə keçəndən sonra başa düşdüm ki, Eldar ölüb. Eldarın öldüyünü biləndə hər iki əlindən tutdum və sürüyərək hamam otağına apardım. Hamamda Eldarın əynində olan qara maykanı çıxardım və üzərinə su tökdüm. Lakin Eldar yenə də ayılmadı”. 

Ruslanın ifadəsinə görə, daha sonra hamamın qapısını bağlayaraq çölə çıxıb: “Artıq gecə saat 1-2 radələri olardı. Həmin vaxt Marat da şokda oldu. Məni söyərək nəyə görə belə etdiyini soruşdu. Marata dedim ki, səhər saatlarına kimi mənə icazə versin. Eldarı hamamdan çıxaracaqdır. Marat da çarəsiz qalaraq mənimlə razılaşdı. Bundan sonra yataq otağında yatmağa getdim”. 

Ruslan qeyd edib ki, avqustun 30-da, günorta saat 14-15 radələrində yuxudan oyanıb: “Yuxudan oyanan kimi gedərək hamam otağına açdım. Baxdım ki, bəlkə Eldar ayılar, lakin Eldar artıq ölmüşdü. Bundan sonra evin ətrafında kənar şəxslərin olub-olmadığını bilmək üçün evdən çıxdım. Bir neçə saat küçədə gəzərək yenidən evə qayıtdım. Küçədə insanlar çox olub. Evə qayıdanda Marata bu barədə dedim. Xahiş etdim ki, Eldarın meyitini axşama kimi saxlayıb, gecə saatlarında çıxaracam. Marat mənimlə razılaşdı. Həmin axşam yenidən evdə tək spirt içməyə davam etdi. Marat artıq mənə qoşulmadı”. 

Təqsirləndirilən şəxs bildirib ki, avqustun 31-ə keçən gecə,  saat 4 radələrində artıq küçədə heç kimin olmadığını görüb və Eldarın meyitini hamam otağından çıxardıb, sürüyərək darvazadan çölə gətirib: “Daha sonra qollarından tutdum, təxminən evdən 200 metr aralıya sürüyərək apardım. Xatırlamadığım yerdə Eldarın meyitini yolun qırağına atdım. Daha sonra yenidən evə qayıtdım və yatdım. Səhər saat 9 radələrində yuxudan oyandım, evdən çıxdım. Avqustun 31-də, axşam saatlarında Badamdaır qəsəbəsində yerləşən parkda polis əməkdaşları məni saxladılar. Eldarı öldürmək niyyətim olmayıb. Hadisə içkili olduğum üçün baş verib. Əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş Eldarın hüquqi varisi qismində ifadə verən qardaşının sözlərinə görə, Eldar onun ortancıl qardaşı olub: “Mən Eldara böyük qardaşı olaraq hər zaman diqqət, qayğı göstərmişəm. Münasibətlərimiz hər zaman yaxşı olub. Eldar subay olub. Heç bir zaman ailə həyatı qurmayıb. Eldar Badamdar qəsəbəsində müxtəlif yerlərdə fəhləçilik edərək özünü dolandırıb. Hərdən gəlib onun yaşadığı evdə qalmışam. Eldar son ildə səfil həyat tərzi yaşamağa başlayıb. Bildiyim qədər bir neçə tüfeyli həyat yaşayan dostları olub. Eldar da həmin şəxslərə qoşulub. Birlikdə tez-tez spirtli içkilər içib küçədə yaşayıblar. Avqustun 27-də, günorta saatlarında Eldar həmin şəxslərlə Badamdar qəsəbəsində yerləşən parkda oturmuşam. Mən də təsadüfən oradan keçəndə Eldarla görüşmüşəm. Eldar mənə bir neçə gün dostu Maratgildə qalacağını dedi. Daha sonra Eldarla sağollaşdım. Bundan sonra Eldarla danışmadım və görüşməmişəm. Avqustun 31-də, səhər saatlarında polis əməkdaşları mənə qardaşımın öldürülməsi barədə məlumat verdilər”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Eldar 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top