Sumqayıtda ər arvadına xəsarət yetirdi — TƏFƏRRÜAT

KRİMİNAL 30 sentyabr 2024, 13:08
Sumqayıt şəhərində 1978-ci il təvəllüdlü Cəmil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Vüsaləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-
ın əldə etdiyi məlumata görə, Cəmil birgə yaşadıqları evdə həyat yoldaşı Vüsaləni təpiklə və şillə ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Cəmilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəmil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Vüsalə ilə 2007-ci ildən ailəlidir və rəsmi nikahları var: “Bu nikahdan2011-ci ildə qızım Lamiyə dünyaya gəlib. Bir neçə ildir ki, həyat yoldaşım ilə aramızda maddi imkansızlıq, ailə-məişət məsələləri ilə bağlı mübahisələri olur. Hadisə günü, saat 22:30-da  yaşadığım ünvana gəldim. Evə gəldikdən sonra da bir qədər istirahət etdim. Sonra da yemək yeməyə başladım. Vüsalə hadisədən əvvəlki gün marketdən aldığım ərzaqları nə üçün nisyə aldığını soruşdu. Mən də həmin vaxta qədər qədər maaş almadığımı, buna görə də ərzaq məhsullarını nisyə aldığımı, maaşımı aldığım zaman marketə olan borcumu ödəyəcəyimi bildirdim. Bu mövzuda aramızda mübahisə yarandı. Vüsalə mənim üzərimə gəldi. Buna görə də əsəbləşərək Vüsalənin üzünə şillə və sol qoluna təpiklə zərbə vurdum”.

Təsirləndirilən şəxs qeyd edib ki, daha sonra Vüsalə onun barəsində polisə şikayət edəcəyini deyərək evdən çıxıb: “Aramızda dava-dalaş təxminən 5-6 dəqiqə davam etdi. Dava-dalaş vaxtı səs-küy olmayıb. Övladım  Lamiyə evdə olsa da, digər otaqda yatdığı üçün bu hadisəni görməyib. Hazırda arvadımla barışmışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vüsalənin sözlərinə görə, əri Cəmil ilə aralarında maddi imkansızlıq, gündəlik ailə-məişət məsələləri ilə bağlı mübahisələr olur: “Hadisə baş verən günü, saat 22:30-da yaşadığım evdə  olduğum zaman həyat yoldaşım Cəmil evə gəldi. Bir qədər istirahət elədik. Sonra da Cəmilə yemək verdim Saat 23:30-da Cəmil  yemək yediyi zaman ona övladlarıma məktəbə getməsi üçün yol pulu lazım olduğunu dedim. O da bundan sonra cibindən pul çıxararaq yerə atdı. Sonra da ondan bir neçə gün əvvəl evə aldığım ərzağı nə üçün nisyə aldığını soruşdum. Cəmil isə qazandığı pul barəsində mənə hesabat verməyəcəyini dedi. Bu mövzu ilə bağlı aramızda mübahisə yarandı. Cəmil təpiklə sol qoluma və bədənimə bir neçə zərbə vurdu. Üzümə də şillə ilə zərbə vurdu. Həmin vaxt övladım yatmışdı. Aramızda olan mübahisəni görmədi. Mübahisədən sonra Cəmil sakitləşsin deyə evdən çıxdım. Həyətdə gözlədim və bir neçə dəqiqə sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdim”. 

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Cəmilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 00:25
30 sentyabr 2024, 21:30
Top