Keçmiş məhkum evi soydu, sonra da... —TƏFƏRRÜAT

KRİMİNAL 27 sentyabr 2024, 19:41
Bakının Binəqədi rayonunda oğurluq etməkdə ittiham olunan Coşqun Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş baxılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

Qeyd edək ki, Binəqədi rayonunda yerləşən evlərdən birindən oğurluq edilib. Zərərçəkən polisə müraciət edərək evdə olmadığı müddətdə mənzildən ümumi dəyəri 54 min manat olan qızıl-zinət, qol saatları və digər qiymətli əşyaların oğurlandığını bildirib. 

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində cinayəti törədən əvvəllər məhkum olunmuş Coşqun Həsənov saxlanılıb. Onun evinə baxış zamanı taladığı qızıllar, eləcə də mənzil oğurluqları zamanı qapıların açılmasında istifadə olunan xüsusi alətlər aşkarlanaraq maddi sübut kimi götürülüb.

Qeyd edək ki, C.Həsənov oğurluq zamanı ətrafda olan müşahidə kameralarından yayınmaq və “izi” itirmək məqsədi ilə özü ilə gətirdiyi çətir, papaq və maskalardan istifadə edib.

Təqsirləndirlilən şəxsin barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə zərərçəkmiş qismində bir nəfər tanınıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top