Paytaxtda mikromobilliyin inkişafı yönündə aktiv işlər görülür — AÇIQLAMA

GÜNDƏM 01 oktyabr 2024, 16:30
Paytaxt Bakıda mikromobillik infrastrukturu inkişaf etdirilir. Bu məqsədlə 20 km məsafəni əhatə edən mikromobillik zolağı təşkil edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatında bildirilir ki, görülən işlər çərçivəsində əlçatanlığın təmin edilməsi üçün panduslar inşa olunub, təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, müvafiq nişanlanma işləri aparılıb və mövcud işıqforlarda 25 velosiped bölmələri quraşdırılıb. Bundan başqa, digər nəqliyyat vasitələrinin mikromobillik zolaqlarına daxil olmasının qarşısını almaq və mikromobillik istifadəçilərinin təhlükəsizliyini təmin etmək üçün “bufer zonalar”da 1 160-dən çox təhlükəsizlik səddi çəkilib. Həmçinin 48 məntəqədə mikromobillik vasitələri üçün parklanma yerləri də təşkil edilib.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Demokrat.az-a açıqlamasında deyib ki, mikromobilliyin inkişafı yönündə ölkədə aktiv işlər görülür:

“Yanvar ayından çəkilmiş velosiped zolaqları şəbəkəsində işlər davam etdirilir. Veloicarə fəaliyyət göstərir, veloparkinqlər təşkil edilir. Düşünürəm ki, yaxın bir ay ərzində bu işlərin ilkin mərhələsi tamamlanacaq və şəbəkə halında hərəkət təmin olunacaq. Mikromobillik vasitələrini qısa məsafədə 1,3,5 kilometrə qədər hərəkət üçün yeni bir alternativ növ kimi qiymətləndirmək olar. Bu zolaqlar velosiped və skuterlərin 25 km/saat-a qədər hərəkətini təmin edəcək. Düşünürəm ki, bu şəbəkənin genişləndirilməsi yönündə işlər davam etdirilməlidir. Tez-tez fikirlər səsləndirilir ki, Bakının relyefi qabardılır, amma dünyanın daha sərt relyefli şəhərlərində velosiped zolaqları var. Bakıda hazırda iki növ velosiped icarəyə verilir – adi və elektrikli velosiped. Bu, riskləri minimumlaşdırır, bununla belə növləri artırmaq lazımdır. Dünya şəhərlərində veloinfrastrukturda tətbiq olunan variantlar Bakıda da tətbiq olunmalıdır”.  

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 18:26
01 oktyabr 2024, 17:30
01 oktyabr 2024, 17:13
Top