Rauf Zeyni: "QHT-lər ictimai nəzarəti gücləndirməlidir"

GÜNDƏM 01 oktyabr 2024, 15:18
Bu gün, 1 oktyabr, prokurorluq işçiləri üçün əlamətdar gündür. Prokurorluq orqanlarının yaranmasının düz 106 ili tamam olur! Bu münasibətlə müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatları (QHT-lər) səmimi təbriklərini çatdırır, həmçinin illərdir davam edən uğurlu əməkdaşlıqdan danışırlar.

QHT.az -a özəl açıqlama verən "Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi" İctimai Birliyinin sədri Rauf Zeyni də bu əlamətdar günü xüsusi qeyd edərək prokurorluq orqanları ilə əməkdaşlıqdan danışıb. O bildirib ki, QHT-lər prokurorluğun maarifləndirmə tədbirlərinə tez-tez dəvət olunur və imtahan proseslərində müşahidəçi qismində iştirak edirlər. R. Zeyni şəffaflıq və ədalətin təmin olunduğunu xüsusi vurğulayıb: "Biz bu proseslərin ədalətli və şəffaf keçirildiyinin canlı şahidi olmuşuq."

QHT sədri həmçinin qeyd edib ki, 2022-ci ildən başlayaraq prokurorluq orqanlarında işə qəbul imtahanlarında QHT nümayəndələri müşahidəçi kimi iştirak edərək, prosesin şəffaflığını təmin ediblər. Bu əməkdaşlıq çərçivəsində, gələcəkdə də hüquq-mühafizə orqanları ilə ictimai nəzarəti gücləndirərək, şəffaflığın artırılmasına dəstək olmağa hazır olduqlarını bildirib.

Sonda isə Rauf Zeyni, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi və bütün prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. "Bu şərəfli və məsuliyyətli işdə sizə bol-bol uğurlar arzulayır, fədakar əməyinizə görə təşəkkür edirik," – deyə R.Zeyni əlavə edib.

QHT.az olaraq biz də bu gözəl gündə prokurorluq işçilərini təbrik edir, işlərində daha çox uğur diləyirik!

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 17:30
01 oktyabr 2024, 17:13
01 oktyabr 2024, 16:16
Top