Kəşbək kampaniyaları dayandırıla bilər— AÇIQLAMA

İQTİSADİYYAT 01 oktyabr 2024, 16:35
Azərbaycan Mərkəzi Bankı (AMB) bankların kəşbək kampaniyaları onların maliyyə dayanıqlılığına təsirini görsə, xərclərin optimizasiyası istiqamətində göstəriş verə bilər. Qurumun baş direktoru Toğrul Əliyev qurumun "2024-cü ilin yarım illiyinə həsr olunan Maliyyə sabitliyi" hesabatının təqdimatında deyib ki,kəşbək məbləğləri bankların biznes modelindən aslıdır və strategiyalarına uyğun olaraq aparılır: "Əlbəttə ki, mənfəət-zərərliliyinin təhlili nəticəsində maliyyə dayanıqlılığına təhdidlər yaradacaq stiuasiyalar yaranarsa, Mərkəzi Bank tərəfindən xərclərin optimizasiyası istiqamətində banklara göstəriş verilə bilər. Bu addım həmin xərclərin izafi artımının bankın maliyyə dayanıqlılığına təhdidlər yaradarsa atıla bilər", - T. Əliyev qeyd edib.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bank banklar üzərində tənzimləyici qurumdur:

“Mərkəzi Bank bankların maliyyə vəziyyətinə nəzarət edir, onların dayanıqlılığını təmin edir. Mərkəzi Bankın tənzimləyici qurum kimi tövsiyə, tapşırıq vermək səlahiyyəti var. Mərkəzi Bank müştərilərə ödənilən kəşbəklərin bankların maliyyə dayanıqlılığına problem yaratdığını əsaslandırmalıdır. Təhlillərdən sonra müəyyən olunsa ki, kəşbək qaytarılması hansısa banklara problem yaradır, həmin banka kampaniyanı dayandırmaq barədə göstəriş verilə bilər. Düşünürəm ki, banklar özləri də bu məsələ ilə bağlı kifayət qədər analizlər, təhlillər aparırlar. Mərkəzi Bank da bunu edə bilər”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 18:26
01 oktyabr 2024, 17:30
01 oktyabr 2024, 17:13
Top