Universiteti yeni bitirən şəxs işəgötürənin tələblərini necə qarşılaya bilər? — VİDEO

SOSİAL 01 oktyabr 2024, 14:05
İş tapmaq, haradasa işə düzəlmək sözün əsl mənasında qəliz məsələyə çevrilib.

Bəzi şirkətlər tərəfindən qoyulan tələblər isə çoxları tərəfindən absurd hesab edilir.

Sorğumuzdan belə məlum olur ki, ən çox gənclər, xüsusilə də universiteti yeni bitirənlər iş tapmaqda çətinlik çəkirlər. Çünki əksər iş yerlərində təcrübə tələb edilir.

Ekspertlər isə deyirlər ki, xüsusilə universiteti yeni bitirənlərdən tələb edilən təcrübə poblemini aradan qaldırmaq üçün onların praktika dövrləri təcrübə kimi rəsmi qeydə alınmalı və sertifikatlaşdırılmalıdır. Bu da gənclərin əmək bazarına daha asan inteqrasiyasını təmin edə bilər.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, təhsil müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlıq artırılmalıdır. Praktika proqramlarında təcrübənin keyfiyyəti yüksəldilməli və bu dövrlər rəsmi iş təcrübəsi kimi tanınmalıdır.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyindən "Xəzər Xəbər"ə bildirilib ki, bu istiqamətdə müxtəlif layihələr icra edilir. Agentliyinin təşkilatçılığı, Gənclər Fondu və Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra olunan "İrəliləyiş" layihəsinin iştirakçıları işəgötürənin tələb etdiyi iş təcrübəsini lazımınca əldə etmiş sayılırlar. Hətta təcrübə proqramının sonunda iştirakçılara təşəkkürnamə və ya sertifikatlar da təqdim olunur. Digər bir addım isə birgə maliyyələşmə proqramıdır. Bu layihə çərçivəsində boş iş yeri üzrə işə götürülən işçinin əməkhaqqının bir hissəsi dövlət tərəfindən qarşılanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 17:30
01 oktyabr 2024, 17:13
01 oktyabr 2024, 16:16
Top