İran Zəngəzurla bağlı yenə Rusiyaya xəbərdarlıq etdi: “Sərhədlərdə dəyişiklik olmayacaq"

DÜNYA 01 oktyabr 2024, 10:19
Dünən axşam İran və Rusiyanın yüksək səviyyəli nümayəndə heyətlərinin birgə iclası keçirilib. Tədbirdə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif Rusiyanın Baş naziri Mixail Mişustinlə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Tejarat News” saytı yazıb.

Görüşdə İran və Rusiya arasında ortaq məsələlərdə regional əməkdaşlığın möhkəmləndirilməsini qeyd edən birinci vitse-prezident deyib: 

“Zəngəzur dəhlizi və Şimal-Cənub dəhlizi ilə bağlı məsələlər ətrafında daha çox müzakirə aparılmalıdır. Sərhədlərdə istənilən dəyişiklik bölgənin geosiyasi gərginliyinə və regiondankənar aktorların sui-istifadəsinə yol açacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 13:09
01 oktyabr 2024, 12:32
01 oktyabr 2024, 11:34
Top