Nazirlikdə yeni təyinat

SİYASƏT 01 oktyabr 2024, 13:09
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük Təchizat" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Demokrat.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə Elgün Məhəmmədəlizadə təyin edilib.

E.Məhəmmədəlizadə təyinatdan əvvəl "Aqrar Tədarük Təchizat ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, o, bakalavr və magistr təhsilini BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində "İqtisadi kibernetika" ixtisası üzrə alıb. Almaniyanın Hamburq şəhərində Menecerlərin təkmilləşdirilməsi proqramını bitirib.

Təchizat zənciri, tədarük sahəsində 15 ildən yuxarı iş təcrübəsinə malikdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 13:44
Top