Bakıda Fransanın Afrikadakı neokolonizm siyasətinə həsr edilən beynəlxalq konfrans keçiriləcək

XARİCİ SİYASƏT 01 oktyabr 2024, 14:28
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə oktyabrın 3-də “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçiriləcək.

Demokrat.az-ın məlumatına görə, konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, konfransda iştirak edəcək şəxslərdən biri Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan Kemi Seba adlı tanınmış fəal olacaq. O, uzun illərdir Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 17:30
01 oktyabr 2024, 17:13
01 oktyabr 2024, 16:16
Top