Vidadi İsgəndərli vəfat etdi

DÜNYA 01 oktyabr 2024, 13:44
Fransada mühacirətdə yaşayan Vidadi İsgəndərli vəfat edib.

Demokrat.az xəbər verir ki, bu barədə Fransada yaşayan jurnalist Qənimət Zahid məlumat verib.

O bildirib ki, 2 gün əvvəl yaşadığı evdə bıçaqlı hücuma məruz qalan V.İsgəndərli xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, sentyabrın 29-u Vidadi İsgəndərli Mülyuz (Mulhouse) şəhərində yaşadığı evdə naməlum şəxslərin hücumuna məruz qalıb. Ona çoxsaylı bıçaq zərbələri vurulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 oktyabr 2024, 17:30
01 oktyabr 2024, 17:13
01 oktyabr 2024, 16:16
Top