Ermənistan fransız dili ilə bağlı QƏRAR VERDİ

REGİON 17 sentyabr 2024, 16:33
Ermənistanda 19 məktəbdə fransız dilinin dərindən öyrənilməsi tətbiq olunacaq.

Musavat.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bununla bağlı sazişi bu gün Ermənistanın təhsil naziri Janna Andreasyan və Fransa səfiri Olivye Dekotini imzalayıblar.

Qeyd olunub ki, Fransız dilinin dərindən öyrənilməsi rus dilinə qoyulan məhdudiyyətlər fonunda baş verir.

Məlumata görə, Ermənistanda məktəb proqramında rus dilinin statusu dəyişib. Belə ki, indi məktəblər bu fənnin öyrənilməsinə neçə saat ayrılacağını seçmək hüququna malikdirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top