"Xoşbəxtəm ki, Formula 1 kimi yarışı canlı izləyirəm"

İDMAN 15 sentyabr 2024, 17:08
Xoşbəxtəm ki, bizi Formula 1-ə dəvət ediblər və bu cür mötəbər yarışı canlı izləyirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Formula 1 üzrə Azərbaycan Qran-Prisində tamaşaçı kimi iştirak edən İkinci Qarabağ müharibəsi qazisi Rüstəm Ələkbərov söyləyib.

Təşkilatçılıqdan razı qaldığını bildirən R.Ələkbərov deyib: “Dəvətə görə hər kəsə minnətdaram. Gözəl yarışın şahidi oluruq. Yerli və xarici insanlar bizi sevgi ilə qarşılayırlar. Bu, bizi çox xoşbəxt edir. Allah Vətən uğrunda mübarizədə canlarından keçən şəhidlərə rəhmət eləsin”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2024, 21:26
18 sentyabr 2024, 21:16
Top