Evliliklər sevgi və hörmətlə yanaşı, anlayış və səbir tələb edir. Ancaq bəzi davranışlar bu incə tarazlığı poza və cütlər arasında əlaqənin kəsilməsinə səbəb ola bilər. Mütəxəssislər, evliliklərin sona çatmasına səbəb olan bu davranışları tanıyıb onlardan qaçmağın əlaqələri daha da gücləndirə biləcəyini qeyd edirlər. Bəs, hansı davranışlar evliliklərin bitməsinə səbəb olur?
Demokrat.az uzaq durmalı olduğunuz 6 davranışı təqdim edir:
Tənqid çox edildikdə
Tənqid münasibətlərin sağlam bir hissəsi ola bilər. Bununla belə, daimi və qeyri-konstruktiv tənqid ər-arvad arasında inamsızlıq və inciklik yarada bilər. Mütəxəssislər deyirlər ki, daimi tənqidlər evliliklərdə ən çox rast gəlinən problemlərdən biridir və cütlüklər arasında ünsiyyət çatışmazlığı yaradır.
Hörmətsizlik və alçaltmaq
Hörmət hər bir sağlam münasibətin təməl daşıdır. Evlilikdə hörmətsiz davranışlar həyat yoldaşından birinin özünü dəyərsiz hiss etməsinə səbəb ola bilər. Alçaldıcı sözlər və hərəkətlər zamanla sevgi bağını zəiflədərək evliliyi bitirə bilər.
Müdafiə davranışları
Hər münasibətdə zaman-zaman fikir ayrılıqları ola bilər. Ancaq müdafiə rəftarını mənimsəmək və hər səhvi qarşı tərəfin üzərinə atmaq problemləri həll etməkdənsə, daha da dərinləşdirə bilər. Həyat yoldaşları arasında konstruktiv dialoq qurmaq, səhvləri qəbul etmək və həll yollarını birlikdə tapmağa çalışmaq sağlam bir əlaqə üçün lazımdır.
Emosional və fiziki məsafə
Bir-birinizə yaxınlıq göstərmək evlilikdəki bağı gücləndirmək üçün vacibdir. Partnyorlardan emosional və ya fiziki olaraq uzaqlaşmaq münasibətlərin təməllərini sarsıda bilər. Mütəxəssislər vurğulayırlar ki, cütlüklər bir-birlərinə vaxt ayıraraq yaxınlıqlarını qorumalıdırlar.
Xəyanət və etibarsızlıq
Hər evlilikdə sədaqət mütləqdir. Etibarsızlıq və xəyanət nikahlarda dərin yaralar yaradır və çox vaxt kompensasiya etmək çətin olan nəticələrə gətirib çıxarır. Mütəxəssislərin fikrincə, nikahın kəsilməsinin ən çox yayılmış səbəblərindən biri etibarın pozulmasıdır.
Problemləri göz ardı etmək
Evlilikdə problemlərə əhəmiyyət verməmək zamanla bu problemlərin yığılmasına səbəb olur. Həll olunmamış hər bir problem növbəti mərhələdə daha böyük problem kimi görünür. Ona görə də cütlüklərin problemləri vaxtında görüb həll etmək üçün addım atmaları vacibdir.
Mehriban Mirzəzadə
Demokrat.az