Yağı az olan 10 mal əti hissəsi açıqlandı

MARAQLI 19 sentyabr 2026, 10:14
Mal əti yüksək zülal mənbəyi olmaqla yanaşı, düzgün hissə seçildikdə az yağlı qidalanmaya da uyğunlaşdırıla bilər.

Demokrat.az
xəbər verir ki, “Verywell Health” nəşri dietoloq-nutrioloq Loren Manakerin tövsiyələri əsasında yağ tərkibi aşağı olan mal əti hissələri barədə məlumat yayıb.

ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) meyarlarına görə, bir porsiyada 10 qramdan az ümumi yağ, 4,5 qram və ya daha az doymuş yağ və 95 milliqramdan aşağı xolesterin olduqda ət “yağsız” hesab edilir. “Xüsusilə yağsız” kateqoriyasına daxil olmaq üçün isə ümumi yağın miqdarı 5 qramdan, doymuş yağın miqdarı isə 2 qramdan az olmalıdır.

Ət seçərkən nələrə diqqət etmək lazımdır?

Diyetoloq bildirir ki, mal əti alarkən hissələrin adlarına diqqət yetirmək faydalıdır. Adında “loin” və ya “round” sözləri olan hissələr, adətən, daha az yağlı seçimlər hesab olunur.

Qiymə mal əti seçərkən isə tərkibində 7 faiz və ya daha az yağ olan məhsullara üstünlük vermək tövsiyə edilir. Bazarda 5 və hətta 3 faiz yağlı qiymə variantlarına da rast gəlmək mümkündür.

Ətin yağlı olub-olmadığını müəyyənləşdirməyin digər yolu onun qida dəyəri göstəricilərinə baxmaqdır. Etiketdə hər 100 qram məhsul üçün ümumi yağ miqdarının 10 qramdan az olması daha yağsız seçimə işarə edir.

Bundan başqa, üzərində görünən yağ təbəqəsi az olan hissələri seçmək və ya bişirməzdən əvvəl artıq yağı təmizləmək məsləhətdir.

Yağsız mal ətinin faydaları

Mütəxəssisin sözlərinə görə, yağsız mal əti orqanizmi yüksək keyfiyyətli zülalla təmin etməklə yanaşı, dəmir, sink, xolin, fosfor və B qrupunun bir sıra vitaminlərini də ehtiva edir. Daha yağlı hissələrlə müqayisədə bu məhsullarda ümumi və doymuş yağın miqdarı daha aşağı olur.

Diyetoloq eyni zamanda bildirir ki, yalnız ətin hansı hissəsinin seçilməsi deyil, porsiyanın ölçüsü və hazırlanma üsulu da vacibdir. Qril, sobada bişirmə və qızartma kimi üsullardan istifadə etməklə əlavə yağ, şəkər və natriumun miqdarını artırmadan yeməyə zəngin dad vermək mümkündür.

Mütəxəssis həmçinin vurğulayır ki, məhsulun “təbii”, “üzvi”, “otla bəslənmiş” və ya yüksək keyfiyyətli olması onun mütləq yağsız olduğu anlamına gəlmir. Bu ifadələr əsasən heyvanın yetişdirilmə üsulunu və məhsulun keyfiyyətini xarakterizə edir.

Jalə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

Top