Şuşada toyu keçirilən qazi: "Çox xoşbəxtəm"

GÜNDƏM 06 sentyabr 2024, 19:24

"Şuşalı olaraq çox xoşbəxtəm ki, toyum Şuşada keçirilir".

"Report" xəbər verir ki, bunu toy mərasimi keçirilən Elmir Məmmədli jurnalistlərə deyib. O, şəhidlərə rəhmət, qazilərə cansağlığı diləyib:

"Allah Ali Baş Komandanımızı qorusun. Torpaqlarımız işğaldan azad olundu. Bu gün Şuşada öz xeyir işlərimizi keçiririk. 28 yaşım var və özüm də Qarabağ qazisiyəm. Döyüş yolum Füzulidən başlayıb. Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Füzulidə yaralanmışam. Şükür ki, səhhətimdə heç bir problem yoxdur".

Qeyd edək ki, bu gün - 32 ildən sonra Şuşa şəhərində ilk dəfə toy mərasimi keçirilir. Elmir Məmmədlinin toy mərasimi İsa bulağında təşkil edilib.

Xatırladaq ki, Şuşa şəhərində indiyədək 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top