Anar Quliyev İstisunun gələcək görüntülərini paylaşdı — FOTOLAR

İNFRASTRUKTUR 04 sentyabr 2024, 15:42
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev şəxsi sosial şəbəkə hesablarında Kəlbəcərin İstisu kəndinin müasir görkəminin vizual görüntülərini paylaşıb.

Demokrat.az xəbər verir ki, 2024-cü il sentyabrın 2-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan və 63,1 hektar ərazini əhatə edən kənd mərhələli şəkildə salınacaq.

Birinci mərhələdə 39,2 hektar ərazidə 159 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur. Layihəyə əsasən, 159 fərdi yaşayış evi ilə yanaşı, kənddə 71 taunhausun (142 mənzilli) və çoxmənzilli 10 binanın (180 mənzil) tikintisi nəzərdə tutulur. Müasir İstisuda bütün zəruri sosial və infrastruktur obyektlərinin tikintisi həyata keçiriləcək. Kənddə 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, idman-sağlamlıq və klub-icma mərkəzi, tibb məntəqəsi və idman meydançası inşa edilərək əhalinin istifadəsinə veriləcək.

Beləliklə, İstisu müasir şəhərsalma standartlarına uyğun yenidən qurularaq Qarabağın və Şərqi Zəngəzurun mühüm rayon mərkəzlərindən birinə çevriləcək.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top