Seçki günü şəhid anasını “danışdıran” məkr — “Meydan TV” niyə belə edir?

GÜNDƏM 01 sentyabr 2024, 16:56
Bu gün Azərbaycanda Milli Məclisə keçirilən növbədənkanar seçkilərlə bağlı xaricdən idarə edilən “Meydan TV”nin manipulyativ çəkilişləri diqqət cəlb edir.

Belə ki, “Meydan TV”nin məqsədli çəkilişlərə əhalinin həssas qruplarına aid şəxsləri alət etməsi adi hal olsa da, seçki günü bu kəsim insanları qıcıqlandırması, emosional vəziyyətlərindən sui-istifadə etməsi onların niyyətini bir daha ortaya qoyur.

“Qafqazinfo” xəbər verir ki, informasiya manipulyasiyasını əsas prinsip kimi həyata keçirən “Meydan TV”nin 17 saylı Yasamal 3-cü Seçki Dairəsinin 6 saylı məntəqəsində səs verməyə gəlmiş Vətən müharibəsi şəhidi Hüseyn Oqtay oğlu Tağıyevin anası Mətanət Məmmədova ilə bağlı yayımladığı süjet qeyd edilənləri bir daha sübut edir.

Şəhid anasının problemindən əvvəldən xəbərdar olan və onun emosional vəziyyətindən yararlanmağı öncədən planlaşdıran “Meydan TV” sözügedən məntəqədə Mətanət xanımı dilə gətirməyi bacarıb. Həssas kəsimə aid insanların emosiyalarını özünə fürsət bilən və istiqamətləndirməyə çalışan kanal əməkdaşları Mətanət Məmmədovanın problem barədə öncədən süjet hazırlamaq və yayımlamaq imkanına sahib olsa da, onu məhz seçki gününə saxlayıblar. 

Sosial vəziyyətinin ağırlığı barədə əsəbi formada danışan şəhid anası daha sonra məntəqənin qarşısında “Meydan TV”yə müsahibə verərək yaşayış şəraitinin dözülməz olduğunu bildirib. Bu mövzuda şəhid anasını kimsə günahlandıra bilməz. Günahkar insanların emosiyalarını manipulyasiya edən, yanlış yönləndirərək özünə xal qazanmağa çalışan həmin təfəkkürdür.

Aparılan kiçik araşdırma isə Vətən müharibəsi şəhidi Hüseyn Oqtay oğlu Tağıyevin ailəsinin dövlət tərəfindən mümkün olan bütün sosial təminatlarının həyata keçirildiyini üzə çıxarır.

Belə ki, 2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsi şəhidlərinin ailələrinin, bu müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatının həyata keçirilməsi çərçivəsində şəhidin həyat yoldaşı (ailə tərkibi 2 nəfər-özü və qızı olmaqla) elə həmin ilin fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ramana qəsəbəsində yeni yaşayış kompleksində 2 otaqlı mənzillə təmin edilib. Həmin vaxt dövlət başçısı şəhidin xanımına mənzilin orderini şəxsən təqdim edib və mənzildə olub.



Şəhidin ailəsi dövlət nümayəndələri, habelə YAP Yasamal rayon təşkilatının fəalları tərəfindən daim ziyarət olunur və bu görüşlərdə şəhidin anası dövlətin diqqət və qayğısına görə həmişə öz minnətdarlığını bildirib. 

Həmçinin ailəyə birdəfəlik sığorta ödənişi (11 min manat) və YAŞAT fondu tərəfindən 17 547 manat maddi yardım (o cümlədən şəhidin anası Mətanət Məmmədovaya 12 272 manat) verilib.

Bundan başqa məlum olur ki, şəhidin ailə üzvlərinə nazirlik tərəfindən hər ay ümumilikdə 2054 manat sosial ödəniş verilir:

Buraya daxildir:

- Prezidentin aylıq təqaüdü olaraq ailəyə 600 manat (şəhidin 3 nəfər ailə üzvünün hər birinə 200 manat olmaqla),

- şəhidin qızına ailə başısını itirməyə görə pensiya və müavinət olaraq 764 manat,

- şəhidin anası və şəhidin həyat yoldaşı sosial işçi kimi işlə təmin edildikləri üçün hər birinə 345 manat əməkhaqqı.


Göründüyü kimi şəhidin ailəsinin (həyat yoldaşı və qızı) sosial təminatı ilə bağlı dövlət tərəfindən zəruri addımlar atılıb və atılmaqdadır. Şəhidin anasının da müvafiq işlə təmin edilərək aylıq əməkhaqqı almasına şərait yaradılıb.

- Bəs, seçki günü bu tamaşanı yaratmaq kimlərə lazımdır? 

- Dərdi şəhid ailəsi olmayan, yalnız dövləti və dövlətin gördüyü işləri gözdən salmağa çalışan qüvvələrə...

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 sentyabr 2024, 13:27
Top