Xəbər verdiyimiz kimi, Göygöl rayonunda kimyəvi maddədən zəhərlənmə halı baş verib, ölən var.
İlkin ehtimala görə, beş nəfər - 4 uşaq, 1 qadın (nənələri) başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparat yumaları səbəbindən zəhərlənib.
Qadın və bir uşaq hadisə yerində ölüb. Digərləri Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən toksikoloq Azər Maqsudov bildirib ki, "Niastol" kimyəvi və toksiki maddədir:
“Əsasən baytarlıqda işlədilir. Baytarlıqla məşğul olan fermerlər əsasən onları əldə edir. Bu maddə apteklərdə satılmır. Ümumiyyətlə, satışa da icazəsi yoxdur. Amma kənd təssərrüfatı və baytarlıqla məşğul olan xidmətlər onların satışını təşkil edə bilər. Bunu da fermerlər və ya digər insanlar əldə etdikdə mütləq şəkildə bütün təhlükəsizlik qaydalarına riayət etməlidir. Bu da toksiki maddə olduğundan onun öz istifadə edilmə miqdarı var. Əgər bu dərmanı hardansa əldə edib və təhlükəsizlik qaydalarını pozaraq istifadə ediblərsə, kimin evində varsa, onun günahıdır. Apteklər bu dərmanla bağlı məsləhət verə bilməzlər. Çünki bu dərmanın satışına apteklərdə icazə yoxdur.
Bu dərmanı istifadə edərkən mütləq şəkildə qoruyucu vasitələrdən, əlcəklərdən, maskalardan istifadə olunmalıdır”.
Mehriban Mirzəzadə
Demokrat.az