Rəşad Məcid: “Prezidentin Sərəncamı ilə təltif olunmağım böyük qürurdur”

MEDİA 21 avqust 2024, 21:03
“Ad günlərim hər zaman gözəl təbriklərlə keçib. Bu ilki təbriklər isə tamamən fərqlidir. Bu il, ilk təbrik və sürpriz cənab Prezident İlham Əliyev tərəfindən oldu”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin sədri Rəşad Məcid deyib. O, Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirib:

“Cənab Prezident tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmağım bu ilki təbriklərə daha bir rəng qatdı. Hətta, ad günümdən 12 saat əvvəldən başladı bu təbriklər. Cənab Prezident İlham Əliyevə təşəkkürlərimi bildirirəm. 

Mən uzun illərdir media sahəsində fəaliyyət göstərmişəm. İki dəfə cənab Prezidentin qarşısında çıxış etmişəm. Qələbəmizdən sonra isə hər dəfə özü ilə üzbəüz olmasa da, müxtəlif tədbirlərdə Azərbaycan Prezidentinin tarixi addımları barəsində danışmışam. Bizim ağlımıza gəlməyən, yuxumuza girməyən hadisələrin Cənab Ali Baş Komandan həyata keçirib. Onun sərəncamı ilə belə bir şərəfli orden ilə təltif olunmağım mənim üçün böyük qürurdur. 

Bu həmdə bütün media nümayəndlərinin əməyinə verilən qiymətdir. Buna görə  cənab Prezidentə təşəkkür edirəm”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəşad Museyib oğlu Məcidov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 sentyabr 2024, 23:46
Top