“Sədərək”dən yayılan iddia ilə bağlı AÇIQLAMA

GÜNDƏM 16 avqust 2024, 21:48
Xəbər verdiyimiz kimi, "Sədərək"də ticarət mərkəzinin rəhbərliyinin bir ailəni girov götürərək qapını bağlaması iddia olunur.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən “Sədərək”Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirib ki, görüntülərdə müxtəlif şantaj, böhtan xarakterli fikirlər yayılıb:



“Amma bu belə deyil. Sədərək Ticarət Mərkəzi birinci ərazi, 1B sıra 60 nömrəli mağazada baş verən bu hadisə əslində nədən ibarətdir? Bu mağaza Mehdiyev Allahverdi Pəli oğlu  və onun ailəsi tərəfindən zəbt olunub. 6-7 aydır bu zəbt olunan yerlə bağlı həmin şəxsə xəbərdarlıq edilir ki, buranı tərk etsin. Çünki bu adamın nə müqaviləsi, nə də əlində hansısa bir hüquqi sənədi var. Bu yer tamamilə ayrı bir fiziki şəxsə, sahibkara məxsusdur. Bu sahibkar da dəfələrlə Mehdiyev Allahverdi Pəli oğluna xəbərdarlıq edib. Nəticədə sahibkar öz mallarını mağazaya gətirib yığıb. Səhəri gün mağazanın sahibi görüb ki,  mağazanı qırıb, oradakı malları isə dağıdıblar. Nəticədə qalmaqal yaşanıb. Daha sonra isə “Sədərək” Ticarət mərkəzini şantaj etməyə başlayıblar. 

“Biz bütün qaziləri bura tökəcəyik, buranı yandıracağıq, dağıdacağıq”- deyə şantaj ediblər. Buradakı digər satıcıları ətraflarına cəlb etmək istəyiblər, amma buna nail ola bilməyiblər. Daxili İşlər Nazirliyinə  müraciət edərək bildiriblər ki, guya onarlı ailəlikcə girov saxlayıblar.  Hətta, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, orada heç bir ailə girov götürülməyib. Hadisə yalnız obyektin sahibi ilə oranı zəbt edib işlədən Mehdiyev Allahverdi Pəli oğlu arasında baş verib. Qeyd etmək istərdim ki, “Sədərək” Ticarət Mərkəzi, “Sədərək” firması  44 günlük müharibədə  bütün gücü, maddi-mənəvi dəstəyi ilə əsgərlərimizin yanında olub. Burada nə qədər şəhid ailələri, qazilərimiz  fəaliyyət göstərirlər, işləyirlər,onlar  daim işlə təmin olunublar, bizim diqqətimiz, qayğımız altındadırlar. Bizim qazilərə və şəhid ailələrinə böyük diqqətimiz və hörmətimiz var. Yayılan bütün görüntülər və məlumatlar yalandır”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 15:03
Top