“Cənab Prezidentin dediyi söz durğu işarələrinə dastan yazdı” — Politoloq

GÜNDƏM 09 oktyabr 2019, 20:45

"İqtisadiyyatımzı iri dövlətlərlə müqayisədə əlçatmaz etməliyik. Bu iqtisadiyyatımızın qarşısında duran vəzifədir”.


Demokrat.az “Azadinform”-a istinadla xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu keçirdiyi “Qarabağ saatı” konfransında deyib.


Onun sözlərinə görə,  Azərbaycandan səslənən söz Ermənistanın daxilində dəyişiklik yarada bildi: 


“Çünki biz güclü dövlətik, güclü dövlətin ekspertləriyik. Ermənistanda bəlkə 10 dil bilən ekspertlər var ki, sözü keçmir. Ona görə ki, onların dövləti zəifdir. Azərbaycandan verilən bəyanat Ermənistanın daxilində partladı. Əvvəllər baş verən “Məxməri inqilabı” zamanı Cənab Prezident bəyanat verdi ki, Ermənistanda baş verənlər özbaşına deyil, Azərbaycanın gördüyü işlərin nəticəsidir. Cənab Prezident Valdayda verdiyi bəyanatla bildirdi ki, Ermənistanın daxilində baş verən rçaqlardan biri Azərbaycandan deyilən sözlərdir, Azərbaycanın rəsmi mövqeyidir. İlham Əliyevin yaratdığı keyfiyyət dəyişikliyi budur ki, artıq Ermənistanda  neqativ prosseslər geridönməzdir. Cənab Prezidentin dediyi söz durğu işarələrinə dastan yazdı. Ona görə də müasir dövrə uyğun variantlar axtarmağa çalışmalıyıq. İlham Əliyev Azərbaycanın sözünü Ermənistanın daxilində hökmran vəziyyətə gətirdi. Bu hökmranlıq daimi olmalıdır”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top