Gənc oğlan anasının xalası nəvəsi ilə cinsi əlaqədə oldu, sonra isə... — TƏFƏRRÜAT

KRİMİNAL 12 avqust 2024, 11:08
Yevlax rayonunda 2005-ci il təvəllüdlü Fərid yetkinlik yaşına çatmayan Zeynəblə (adlar şərti göstərilib – red.) cinsi əlaqədə olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Fərid 17 oktyabr 2022-ci ildə, saat 22 radələrində yaşadığı evdə faktiki olaraq ər-arvad münasibətlərində yaşadığı, həmin vaxtı on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zeynəblə cinsi əlaqədə olub, onun qızlıq pərdəsinin tamlığını pozub. 

Bundan sonra o, Zeynəblə istintaqla müəyyən edilməyən ayrı-ayrı tarixlərdə cinsi əlaqədə olub. O, sonuncu dəfə 2023-cü ilin mart ayının axırlarında istintaqla müəyyən edilməyən gündə Zeynəb ilə cinsi əlaqəyə girib. 

Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, iş üzrə zərərçəkmiş Zeynəbin anası ilə onun atası xalaqızları olmaqla qohumdurlar: “Məndən yaşda kiçik olan Zeynəb şəxs ilə bir-birimizi istədiyimiz üçün valdeynlərimizin razılığına əsasən 13 oktyabr 2022-ci ildə onu evimizə gətirdim. Oktyabrın 17-də el adəti ilə yaşadığımız evin həyətində toyumuz oldu. Həmin gündən başlayaraq Yevlax şəhərində yaşadığımız evdə könüllü olaraq Zeynəblə cinsi əlaqədə oldum. Mən Zeynəblə cinsi əlaqədə olarkən ona heç bir zor tətbiq etməmişəm”. 

Fərid qeyd edib ki, 2023-cü ilin mart ayının sonlarında yadında qalmayan tarixədək Zeynəblə yaşadıqları evdə cinsi əlaqədə olub: “Zeynəb həmin vaxt hamilə olduğunu dediyi üçün onunla cinsi əlaqədə olmağı dayandırdım. Zeynəb hamilə qaldıqdan sonra onu müayinə etdirmək üçün valideynləri Bakı şəhərində yerləşən xəstəxanaya apardıq. Xəstəxanada həkimlər Zeynəbin və uşağın sağlam olduğunu bildirdilər”. 

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Zeynəbin  hamiləliyi ilə əlaqədar Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər və bir qızı doğulub: “Bir müddət sonra aramızda soyuqluq yarandı. Bundan sonra Zeynəb öz atasının evinə qayıtdı. Bundan sonra bir müddət təxminən 4 aya yaxın köçərək Zeynəb ilə birlikdə qayınatamın evində yaşadım. Lakin sonradan hər ikimiz tərəfin valideynlərimiz arasında dava-dalaş oldu. Mən də təkcə öz evimə qayıtdım. Hazırda faktiki olaraq bir yerdə yaşamasaq da, mən ailəmi bərpa etmək arzusundayam”.

İş üzrə zərərçəkmiş Zeynəbin sözlərinə görə, Fərid ilə bir-birlərini istədikləri üçün valdeynlərinin razılığı ilə onunla 17 oktyabr 2022-ci il tarixdə el adəti ilə onların yaşadığı evin həyətində toyları olub: “Həmin gündən başlayaraq yaşadığımız evdə könüllü olaraq Fəridlə cinsi əlaqədə oldum. Fərid mənimlə cinsi əlaqədə olarkən heç bir zor tətbiq etməyib. 2023-cü ilin mart ayının sonlarında, yadımda qalmayan tarixədək Fəridlə yaşadığımız evdə cinsi əlaqədə olmuşam. Həmin vaxt hamilə olduğumu bildiyim üçün Fəridlə cinsi əlaqədə olmağı dayandırdım. Mən hamilə olduğumdan müayinə etdirmək üçün Fəridin valideynləri Bakı şəhərində yerləşən xəstəxanaya apardılar. Xəstəxanada həkimlər məni müayinə edərkən uşağın sağlam olduğunu bildirdilər. 2023-cü ildə bir qız uşağı dünyaya gətirdim. Fəridlə aramızda soyuqluq vardır. Mən uşaq doğulmamışdan öncə Fəriddən ayrılaraq atam evinə qayıtmışdım. Hazırda övladım ilə birgə orada yaşayıram və ailəmin bərpa etmək fikrim yoxdur. Lakin buna baxmayaraq Fəridlə hazırda bu cinayət əməli ilə bağlı barışmışam, ondan hər hansı şikayətim yoxdur”.

Bu cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fərid 1 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rеjimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 

Hökmdən narazı qalan Fəridin müdafiəçisi  tərəfindən apellyasiya şikayəti verilib. Müdafiəçi onun barəsində həbslə olmayan cəzanın verilməsini istəyib. 

Şikayət araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin edilməyib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2024, 17:45
10 sentyabr 2024, 15:03
Top