Mariya Stadnik idmançı karyerasını başa çatdırıb?

İDMAN 07 avqust 2024, 19:55
Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin üzvü Mariya Stadnikin idmançı karyerasını başa çatdırdığı ilə bağlı iddialar yayılıb.

Demokrat.az
apasport.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib.

Qeyd edilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Həm məşqçilərlə, həm də idmançının özü ilə əlaqə yaratmışıq. Mariya Stadnik belə bir qərar verməyib. Sadəcə sosial mediada etdiyi paylaşım mətbuatda çaşqınlıq yaradıb".

Qeyd edək ki, Paris Yay Olimpiya Oyunlarının dörddəbir final mərhələsində məğlub olan titullu idmançımız yarışı medalsız başa vurub.

Daha sonra Mariya Stadnik "Instagram" hesabında paylaşım edib. Təcrübəli idmançı karyerasını bitirə biləcəyinə işarə verib: "İndi başqa bir tarix yazmağın vaxtıdır. Mənim idman tarixim artıq yazılıb - 4 olimpiya medalı. İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda dəstəyini əsirgəməyən və mənimlə olan hər kəsə təşəkkür edirəm".


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top