Parisdə naməlum şəxslər Cənubi Sudanın idman və gənclər siyasəti nazirinin müavininin içərisində 35 min dollar olan çantasını oğurlayıblar.
Demokrat.az xəbər verir ki, bu barədə “Valeurs Actuelles” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, insident bazar günü axşam saatlarında Villejuif ətrafında yerləşən oteldə baş verib.
Məmur çantasını otelin foyesindəki stollardan birində unudub. Çantada pulla yanaşı qızıl-zinət əşyaları, sənədlər, mobil telefon da olub.
Çanta sonradan Paris yaxınlığındakı Massi kommunasında polis tərəfindən aşkar edilib. Lakin içərisində nə pul, nə də zinət əşyası olmayıb.
Xatırladaq ki, Paris Olimpiya Oyunlarında oğurluqlar kütləvi hal alıb. Daha əvvəl futbol əfsanəsi Zikonun da avtomobili qarət edilib.