“İsrail və İranın güclü müharibəyə hazırlaşdığı təəssüratı yaranıb. ABŞ də buna dəstək verir, ABŞ ordusunun yüksək səviyyəli komandirlərindən biri İordaniyaya səfər etmək niyyətindədir, İordaniyadan İsrailə dəstək məqsədilə İrana qarşı həmlə edilə bilər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında “World Panorama” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ramiyə Məmmədova deyib. Politoloqun sözlərinə görə heç bir tərəf müharibə başladacaq iqtidarda deyil:
“İsrail-İran münaqişəsinin böyük müharibəyə çevriləcəyini düşünmürəm. Yaxın Şərqdə gedən proseslər də bunu göstərir. İsrail sadəcə hədə-qorxu gəlir.
HƏMAS liderinin qətlindən sonra İranın verdiyi bəyanatlar onu göstərdi ki, İran HƏMAS-a böyük dəstək verir. Bunu da İsrail özünə qarşı atılmış bir addım kimi görür, ona görə də tərəflər birinə hədə-qorxu gəlməyə davam edir”.
Ekspert qeyd edib ki, Azərbaycan belə olan halda öz mövqeyini qoruyub saxlamalıdır:
“Azərbaycan İranla qonşu, İsraillə tərəfdaş ölkədir. Heç bir halda Azərbaycan dövləti öz ərazisindən ikinci bir dövlətə qarşı istifadə edilməsinə icazə verməməlidir. Azərbaycan siyasi kursunu davam etdirirək balansı qorumağa çalışmalıdır. ABŞ Azərbaycan ərazisindən istifadə etmək istəyə bilər, necə ki, başqa ölkələrdə, məsələn, İordaniyada bunu edir. Əlbəttə ki Azərbaycan buna icazə verməyəcək, heç bir dövlət öz məqsədləri üçün Azərbaycanın ərazilərindən istifadə edə bilməz”.
Törə Zeynallı
Demokrat.az